Azərbaycanın Bakı Şahmat Olimpiadasındakı komandalarının kapitanları müəyyənləşib

Azərbaycanın Bakı Şahmat Olimpiadasındakı komandalarının kapitanları müəyyənləşib Əsas millinin kapitanı Aleksey Dreyev olacaq
Fərdi
11 Avqust , 2016 12:50
Azərbaycanın Bakı Şahmat Olimpiadasındakı komandalarının kapitanları müəyyənləşib

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Bakı Şahmat Olimpiadasındakı komandalarının kapitanları müəyyənləşib. 

Bakı Şahmat Olimpiadasından "Report"a verilən məlumata görə, kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq.

Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.

Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunublar.

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaq. 

Son xəbərlər

Orphus sistemi