Yuxarı

Azərbaycan idmançılarının ağır atletika üzrə Avropa birinciliyində çıxışına start verilib

​Azərbaycanın ağır atleti Avropa birinciliyində dördüncü yeri tutub

Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli daşıyan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. 

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Azərbaycan idmançısı toplam 146 kq (66+80) nəticə ilə bu çəki dərəcəsində 4-cü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi