Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək Bakı. 6 mart. REPORT.AZ/ Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Fərdi
6 Mart , 2019 13:26
Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

Bakı. 6 mart. REPORT.AZ/ Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda gənclərdən ibarət yığmanın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 9 pəhləvan - İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) iştirak edəcək. 

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur. Avropa çempionatında sərbəst güləşçilər 8 - 10 martda çıxış edəcəklər. 

Son xəbərlər

Orphus sistemi