Yuxarı

Azərbaycanın 52 olimpiyaçısı çıxışını başa vurub, 15 medal rəsmiləşib

Çıxışını başa vuranlardan 15-i medal qazanıb, onlardan 9-u legionerdir

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 52-si çıxışını tam başa vurub.

"Report"un məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 1 qızıl, 1 bürünc medal yazılıb.

Taekvondoçu Radik İsayev 80 kq-dan yuxarı çəki dərəcəsindəki bütün rəqiblərini yenərək, Azərbaycana "Rio-2016"da ilk qızıl medalı qazandırıb. "London-2012"də qızıl medal qazanmış sərbəst güləşçi Şərif Şərifov isə bu dəfə "bürünc"lə kifayətlənib.

Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 16-ya yüksəlib. Hazırda 1 qızıl, 4 gümüş, 10 bürünc medal rəsmiləşib, 1 medalın taleyi isə bu gün boksçu Lorenso Sotomayorun finaldakı çıxışından asılı olacaq.

Daha bir sərbəst güləşçi Cəmaləddin Məhəmmədov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Bədii gimnast Marina Durunda isə finalda 9-cu olub.

Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 37-yə çatıb.

Onların 20-si - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, qadın güləşçi Yuliya Ratkeviç, sərbəst güləşçi Cəmaləddin Məhəmmədov, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan və Hayle İbrahimov, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, bədii gimnast Marina Durunda, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç, triatlonçu Rostislav Pevtsov və oxatan Olqa Senyuk legionerdir.

Çıxışını başa vuranlardan 15-i medal qazanıb. Onlardan 9-u legionerdir.

Son yarış günündə çıxış edəcək Azərbaycan idmançılarından yalnız 1-i yerli idmançıdır ki, bu da sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovdur. Final döyüşünə çıxacaq boksçu Lorenso Sotomayor, sərbəst güləşçi Xetaq Qazyumov və marafon qaçışına qatılacaq Evans Kiplaqat Barkovet legionerdir.

Azərbaycan idmançılarının "Rio-2016"da göstərdikləri nəticələr:

Güləş

Qadın güləşi

Mariya Stadnik (48 kq) - gümüş

Natalya Sinişin (53 kq) - bürünc

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Sərbəst güləş

Hacı Əliyev (57 kq) - bürünc

Cəbrayıl Həsənov (74 kq) - bürünc

Şərif Şərifov (86 kq) - bürünc

Cəmaləddin Məhəmmədov (125 kq) - 12-ci yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

Boks

Kamran Şahsuvarlı (75 kq) - bürünc

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Taekvondo

Radik İsayev (+80 kq) - qızıl

Milad Beigi Harçeqani (80 kq) - bürünc

Patimat Abakarova (49 kq) - bürünc

Fəridə Əzizova (67 kq) - 5-ci yer

Kanoe-sprint

Kanoe

Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - gümüş

Kayak

İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc

İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüş) - 8-ci yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

Bədii gimnastika

Marina Durunda (fərdi çoxnövçülük) - 9-cu yer

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Triatlon

Rostislav Pevtsov (üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində) - 39-cu yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer

Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi