Yuxarı

Azərbaycanın 4 qadın güləşçisi Avropa çempionatında mübarizəni dayandırıb

Onlar il görüşdəcə uduzublar

Bakı. 30 mart. REPORT.AZ/ Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulublar. 

"Report"un məlumatına görə, 48 kq, 55 kq, 60 kq və 69 kq çəkidə yarışan Azərbaycan təmsilçiləri ilk görüşdə uduzaraq, mübarizəni dayandırıblar. 

Çəki dərəcələrinə müvafiq olaraq, Türkan Nəsirova Kseniya Stankeviçə (Belarus) 2:10, Solmaz Həşimzadə İrina Kuraçkinaya (Belarus) 0:11, Tatyana Omelçenko Oksana Herhelə (Ukrayna) 3:6, Elis Manolova isə Dalma Kanevaya (İtaliya) 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl, 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb. Ertəsi isə Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi