Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb.
Fərdi
2 Aprel , 2020 21:30
Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb. 

"Report"un məlumatına görə, Azərbaycanın sərbəst güləş yığmasının iki üzvü öz çəkilərində ilk "10-luq"da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Yunan-Roma güləşçilərindən yalnız Avropa çempionu Sənan Süleymanov (77 kq) ilk "10-luğ"a düşüb. O, 22 xalla 9-cudur. 

Qadın güləşçilərdən də yalnız Mariya Stadnik (50 kq) ilk "10-luq"da yer alıb. Dünya və Avropa çempionu 60 xalla ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühim turnirlərin nəticələrinə əsasən formalaşıb.

Son xəbərlər

Orphus sistemi