​Azərbaycanın 3 şahmatçısı Dünya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarını keçirəcək

​Azərbaycanın 3 şahmatçısı Dünya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarını keçirəcək Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ fiqurlarla oynayacaq
Fərdi
17 Sentyabr , 2015 11:10
​Azərbaycanın 3 şahmatçısı Dünya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarını keçirəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start veriləcək. "Report"un məlumatına görə, Azərbaycanın 3 zəka sahibi bu mərhələdə qüvvəsini sınayacaq.

Teymur Rəcəbov rusiyalı Peter Svidlerlə, Qədir Hüseynov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov isə hindistanlı Seturaman P. Seturamanla münasibətlərinə aydınlıq gətirəcək. Təşkilatçı ölkənin hər üç şahmatçısı ilk oyunda ağ fiqurlarla çıxış edəcək.

Görüşlər saat 15:00-dan start götürəcək.

Qeyd edək ki, Azərbaycanın daha 3 təmsilçisindən Eltac Səfərli və Vasif Durarbəyli 1/64 finalda, Rauf Məmmədov isə 1/32 finalda mübarizəni dayandırıb. Dünya Kubokuna 45 ölkədən 128 idmançının iştirakı ilə start verilib. Oktyabrın 4-də Kubokun final oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi