Azərbaycanın 2 boksçusu Bolqarıstanda keçirilən ənənəvi turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Bolqarıstanda keçirilən ənənəvi turnirdə bürünc medal qazanıb Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar
Fərdi
19 Fevral , 2019 10:31
Azərbaycanın 2 boksçusu Bolqarıstanda keçirilən ənənəvi turnirdə bürünc medal qazanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan millisi 2 bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, həmin medallara 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və 75 kq çəkili Aynur Rzayeva sahib olub. Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar. 

Qeyd edək ki, 70-ci dəfə təşkil olunmuş turnirdə 43 ölkədən 360 boksçu mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi