Yuxarı

​Azərbaycanı Rio-2016-da təmsil edən 56 idmançıdan 20-si çıxışını dayandırıb

Cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazana bilib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 20-si çıxışlarını tam başa vurub.

"Report"un məlumatına görə, onlardan cüdoçu Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazana bilib.

Ötən gün boksçulardan Cavid Çələbiyevlə Pərviz Bağırov, eləcə də akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti çıxışlarını yekunlaşdırıb. Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 18-ə çatıb.

Güllə atıcısı Ruslan Lunyovu qarşıda daha bir sınaq gözləyir. Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında da çıxış edəcək.

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Pavlo Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi