Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli olub Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.
Fərdi
4 İyul , 2019 17:03
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli olub

Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

“Report” Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla (2765 xal, 8-ci yer) Teymur Rəcəbov (2759 xal, 13-cü yer) təmsil edəcəklər.

Arkadi Naydiç (2681 xal, 62-ci yer) isə ehtiyat oyunçu kimi göstərilib.

Qeyd edək ki, Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi