Azərbaycanda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir

Azərbaycanda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir Bakı. 5 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin Olympic Solidarity proqramı, Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycanda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir.
Fərdi
5 İyun , 2018 21:02
Azərbaycanda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir

Bakı. 5 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin Olympic Solidarity proqramı, Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycanda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir.

"Report"un məlumatına görə, seminar Beynəlxalq Atletika Federasiyasının təyin etdiyi mühazirəçi və fizioterapevt alman Timo Lindemann tərəfindən təşkil olunur. 

Yerli fizioterapevt və idman həkimləri ilə yanaşı, Türkiyə, Belarus, Ukrayna, Estoniya və Latviyanın nümayəndələri də seminarda iştirak edir.

Seminar iki hissədən ibarətdir: mühazirə və praktiki hissə. Mühazirə Milli Olimpiya Komitəsində, praktiki hissə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının laboratoriyasında keçirilir.

Seminarın sonunda iştirakçılar imtahan verəcək və imtahanı uğurla keçmiş namizədlər Beynəlxalq Atletika Federasiyasının təqdim etdiyi sertifikatla mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi