Azərbaycanda azyaşlıların dopinq qəbuluna görə sərt cəzalar tətbiq olunacaq

Azərbaycanda azyaşlıların dopinq qəbuluna görə sərt cəzalar tətbiq olunacaq "Dopinqə qarşı mübarizə haqqında" Qanun layihəsi hazırlanır
Fərdi
12 Mart , 2016 14:02
Azərbaycanda azyaşlıların dopinq qəbuluna görə sərt cəzalar tətbiq olunacaq

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanda hazırlanmasına başlanılan "Dopinqə qarşı mübarizə haqqında" Qanun layihəsində bir sıra sərt cəzalar nəzərdə tutulub. Bu barədə "Report"un İşçi Qrupun üzvü, Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda cəzaların müzakirəsi aparılır. İ.Rüstəmzadə deyib ki, Beynəlxalq Antidopinq Agentliyi maksimal cəza kimi idmançısı dopinq-testdən keçə bilməyən milli federasiyaların 10 min dollar cərimələnməsini tələb edir: "Biz isə maddi cəzanın birbaşa günahkar şəxsə tətbiqini düşünürük. Günahkarın müəyyənləşdirilməsi üçün araşdırma qrupu yaradılacaq. Ən ağır cərimə azyaşlı idmançılara qadağan olunmuş dərman preparatlarının qəbul etdirilməsinə görə tətbiq olunacaq".

Nazirlik rəsmisi, həmçinin layihənin 5 - 21 avqustda keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra Milli Məclisə təqdim olunacağını bildirib.

Qeyd edək ki, indiyədək "Bədən Tərbiyəsi və İdman Haqqında" Qanunda dopinqə qarşı mübarizəni nəzərdə tutan maddələrin yer alıb. 

Son xəbərlər

Orphus sistemi