Bakı. 12 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulur. "Report"un məlumatına görə, "klassiklər" 59 kq, 66 kq, 98 kq və 130 kq çəki dərəcələrində yarışacaqlar.
Azərbaycan təmsilçilərindən Taleh Məmmədovla Sabah Şəriəti 1/16 final, Kamran Məmmədovla Orxan Nuriyev 1/8 final mərhələsindən çıxışlara start verəcək.
59 kq
1/16 final - Taleh Məmmədov - Virgil Munteanu (Rumıniya)
66 kq
1/8 final - Kamran Məmmədov - Karl Anders Poul Ekström (Danimarka)
98 kq
1/8 final - Aleksandr Safonov (Latviya) - Orxan Nuriyev
130 kq
1/16 final - Oleksandr Çernetski (Ukrayna) - Sabah Şəriəti
Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Azərbaycan yığmasının üzvləri 2 qızıl (Mariya Stadnik, Nataliya Sinişin), 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 2 bürünc (Yuliya Ratkeviç və Hacı Əliyev) medala yiyələnib.