Azərbaycan yığmalarının Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib

Azərbaycan yığmalarının Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib Əsas komandalardan kişilər Makedoniya, qadınlar Meksika ilə qarşılaşacaq
Fərdi
3 Sentyabr , 2016 10:18
Azərbaycan yığmalarının Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib. "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas millisi Makedoniya ilə qarşılaşacaq. 

İkinci yığma Litva, üçüncü komanda isə Belarusla görüşəcək.

Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.

Azərbaycanın qadınlardan ibarət əsas millisinin rəqibi Meksikadır. İkinci komanda Monqolustan, üçüncü yığma isə Türkiyə ilə qarşılaşacaq.

Favoritlərdən Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək. 

Ümumdünya Şahmat Olimpiadası

II tur

Kişilər

Makedoniya - Azərbaycan1

Trayko Nedev - Şəhriyar Məmmədyarov

Filip Pançevski - Teymur Rəcəbov

Aleksandar Koloviç - Rauf Məmmədov

Nikola Nikolovski - Arkadi Naydiç

Litva - Azərbaycan2

Eduardas Rozentalis - Vasif Durarbəyli

Tomas Laurusas - Nicat Abbasov

Sarunas Sulskis - Ülvi Bacarani

Vidmantas Malisauskas - Namiq Quliyev

Belarus - Azərbaycan3

Sergey Jiqalko - Vüqar Əsədli

Andrey Jiqalko - Nail Bəşirli

Kirill Stupak - Abdulla Qədimbəyli

Aleksey Aleksandrov - Məhəmməd Muradlı 

İlk turdan sonra Azərbaycan1 4-cü, Azərbaycan3 55-ci, Azərbaycan2 76-cı yerdə qərarlaşıb.

Qadınlar

Azərbaycan1 - Meksika

Zeynəb Məmmədyarova - Diana Karim Real Pereyra

Günay Məmmədzadə - Alexandra Gerrero Rodriges

Aydan Höccətova - Lilia İvonne Fuentes Qodoy

Nərmin Kazımova - İvette Ale Qarsia Morales


Azərbaycan2 - Monqolustan

Türkan Məmmədyarova - Davaademberel Nomin-Erdene

Nərmin Xələfova - Tuvşintuqs Batçimeq

Ülviyyə Fətəliyeva - Uurtsayx Uuriintuya

Nərgiz Umudova - Altan-Ulzii Enxxtuul

Azərbaycan3 - Türkiyə

Nərmin Məmmədova - Yekaterina Atalık

Xanım Balacayeva - Betul Cemre Yıldız

Gövhər Beydullayeva - Kübra Öztürk

Ayan Allahverdiyeva - Zəhra Topel

İlk turdan sonra Azərbaycan1 15-ci, Azərbaycan2 25-ci, Azərbaycan3 49-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, bütün görüşlərə saat 15:00-da start veriləcək. 

Son xəbərlər

Orphus sistemi