​Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb

​Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb Rüstəm Orucov cüdo yarışlarının final mərhələsinə yüksəlib
Fərdi
8 Avqust , 2016 23:37
​Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Report" xəbər verir ki, bu, 73 kq. çəki dərəcəsində çıxış edən Rüstəm Orucov cüdo yarışlarının final mərhələsinə yüksəlməsi sayəsində mümkün olub,

Rüstəm Orucov yarımfinalda İsraili təmsil edən Sagi Mukiyə 1 yuka xalı ilə qalib gəlib və bu qələbə sayəsində özünə ən azı gümüş medalı təmin edib.

25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb.

Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Orucov vazari xalı hesabına qalib gəlib.

Rüstəm Orucov finalda Ono Shohei ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi