Azərbaycan velosipedçisi "Tour dAzerbaidjan"ın qalibi olub

Azərbaycan velosipedçisi "Tour dAzerbaidjan"ın qalibi olub Kirill Pozdnyakov həm də dağ mərhələsinin qalibi olub
Fərdi
7 May , 2017 14:56
Azərbaycan velosipedçisi Tour dAzerbaidjanın qalibi olub

Bakı. 7 may. REPORT.AZ/ "Tour d`Azerbaidjan" veloturunun bütün qalibləri müəyyənləşib. 

"Report"un məlumatına görə, Azərbaycanın "Synergy Baku" klubunun üzvü Kirill Pozdnyakov 5 mərhələnin yekununda qalib olub. Vaxt baxımından birinci yeri tutan rusiyalı legioner "Synergy" köynəyinə yiyələnib.

Pozdnyakov həm də dağ mərhələsinin qalibi kimi AZAL köynəyi qazanıb.

Xal hesabında birinci yeri isə ABŞ-ın "Team İlluminate" komandasının kolumbiyalı üzvü Edvin Avila Vaneqas tutub. Ona SOCAR köynəyi verilib.

Komanda hesabında birinci yeri Ukraynanın "Kolss Cycling Tem" komandası tutub. Ən yaxşı gənc velosipedçi isə Con Anderson Rodriges Salazar olub. Ona "AtaHolding" köynəyi verilib.

Son xəbərlər

Orphus sistemi