Azərbaycan uşu-sanda ustası Avrasiya Kubokunda ermənini məğlub edib - VİDEO

Azərbaycan uşu-sanda ustası Avrasiya Kubokunda ermənini məğlub edib - VİDEO Yarışda qondarma "Dağlıq Qarabağ Respublikası" təmsil olunmayıb
Fərdi
11 Mart , 2015 18:21
Azərbaycan uşu-sanda ustası Avrasiya Kubokunda ermənini məğlub edib - VİDEO

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın uşu-sanda üzrə yığma komandası Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilmiş Avrasiya Kubokunda 8 medal qazanıb. Bu barədə "Report"a yığmanın məşqçisi və idmançısı Elçin Eminov məlumat verib. 

Onun sözlərinə görə, medallardan 5-i qızıl, 2-si gümüş, 1-i isə bürünc olub. E.Eminov yarışda 4 ölkə - Azərbaycan, Gürcüstan, İraq və Ermənistanın təmsil olunduğunu bildirib. 

Məşqçi "Dağlıq Qarabağ Respublikası" idmançılarının da Avrasiya Kubokuna qatılmalarına dair qondarma qurum telekanalının yaydığı xəbəri təkzib edib: "Yarışın açılış mərasimində iştirakçı ölkələr arasında "DQR"in adı çəkilməyib. Belə bir şey olsaydı, etiraz edər və ümumiyyətlə, yarışa qatılmazdıq. Şəxsən mənim döyüşlərimdən biri erməniyə qarşı olub və onun arxasında Ermənistan yazılmışdı". 

E.Eminov həmin döyüşün videogörüntülərini də təqdim edib. 

Son xəbərlər

Orphus sistemi