Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb Medalların sayı 7-yə çatıb
Fərdi
25 Avqust , 2017 15:59
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Bakı. 25 avqust. REPORT.AZ/ Tailandın paytaxtı Tayvanda keçirilən XXIX Yay Universiadasında Azərbaycan komandası daha bir medal qazanıb. 

"Report"un məlumatına görə, taekvondoçu Məhəmməd Məmmədov (63 kq) bürünc medala sahib olub.

Məmmədov ardıcıl olaraq, meksikalı Edqar Porras Reyesi (21:5), honq-konqlu Tay Tin Vinqi (29:9) və braziliyalı Venilton Torres Teyşeyranı (24-12) yensə də, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə (9:19) uduzub.

Azərbaycanın daha bir taekvondoçusu Payam Qobadi Oğaz (87 kq) 1/4 finalda uduzaraq medalsız qalıb. Olimpiya mükafatçısı Patimat Abakarova (49 kq) isə ilk döyüşdəcə yenilib və yarışla erkən vidalaşıb.

Beləliklə, Azərbaycan taekvondoçuları Universiadanı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Daha əvvəl Milad Beigi Harçeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş, Səid Quliyev (74 kq) və Radik İsayev (+87 kq) bürünc medala yiyələnib. Eyni zamanda cüdoçulardan Zelim Kotsoyev (100 kq) fəxri kürsünün birinci pilləsinə yüksəldiyi halda, Firudin Dadaşov (90 kq) bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi