Yuxarı

Azərbaycan taekvondoçusu Fəridə Əzizova "Rio-2016"da ilk görüşünü qalib başa vurub

Onun 1/4 finalda rəqibi Nigora Tursunkulova (Özbəkistan) olacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib.

İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan F.Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 1/4 finalda taekvondoçumuzun rəqibi Nigora Tursunkulova (Özbəkistan) olacaq. Bu döyüş saat 23:00-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi