Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub Bəhruz Quluzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
3 Noyabr , 2017 09:47
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Kiprin Larnaka şəhərində gənc taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığması ilk medalını qazanıb. 

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Bəhruz Quluzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl olaraq, Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10 - qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Final döyüşündə isə Quluzadə rusiyalı Dmitro Şişkoya da qalib gələrək, Avropa çempionu olub. Gənc taekvondoçu 2015-ci ildə Fransada təşkil edilmiş yeniyetmələr arasında Avropa çempionatında da qızıl medal qazanmışdı. 

Qeyd edək ki, sayca 21-ci qitə birinciliyinə gənclərdən ibarət Azərbaycan millisi baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə qatılıb. 

Son xəbərlər

Orphus sistemi