Azərbaycan taekvondoçuları Koreya Səfiri Kubokunda 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Koreya Səfiri Kubokunda 3 medal qazanıblar Azərbaycan taekvondoçuları Cənubi Koreyanın Muju şəhərindəki Koreya Səfiri Kubokunda 3 medal qazanıblar.
Fərdi
13 Noyabr , 2019 11:54
Azərbaycan taekvondoçuları Koreya Səfiri Kubokunda 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Cənubi Koreyanın Muju şəhərindəki Koreya Səfiri Kubokunda 3 medal qazanıblar.

“Report” xəbər verir ki, Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (51 kq) və Yaşar Məmmədli (55 kq) qızıl medal əldə ediblər. Riyad Şirəliyev (55 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Cənubi Koreya Respublikasının müxtəlif ölkələrdəki səfirlikləri taekvondo üzrə yarışlar təşkil edir. İndi isə həmin ölkələrdəki turnirlərin qalibləri arasında ilk dəfə dünya çempionatı keçirilib.

Son xəbərlər

Orphus sistemi