Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatını 31 medalla başa vurub

Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatını 31 medalla başa vurub Sonuncu yarış günündə daha 6 medal qazanılıb
Fərdi
10 Fevral , 2017 09:28
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatını 31 medalla başa vurub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilmiş klublararası Avropa çempionatının son günündə 6 medal qazanıb.

"Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (80 kq, Gilan İ.K.) və Patimat Abakarova (53 kq, Gilan İ.K.) qızıl medala sahib olublar.

Radik İsaev (+87 kq, Gilan İ.K.) və Ramin Əzizov (87 kq, Qafqaz T.K.) isə finalda uduzaraq, gümüş medal əldə ediblər. Yaprak Eriş (57 kq, Gilan İ.K.), Fəridə Əzizova (67 kq, Gilan İ.K.) və Ceyhun Həsənli (+87 kq, Savalan T.K.) isə yarımfinalda yenilərək, bürünc medalla kifayətləniblər.

Beləliklə, 4 gün davam etmiş və 40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Azərbaycanda fəaliyyət göstərən taekvondo klublarının yetirmələri ümumulikdə 31 medala yiyələniblər. "Gilan" İ.K. isə bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında ilk pilləyə sahib olaraq Avropanın ən güclü klubu adını qazanıb.

Qeyd edək ki, fevralın 11-də G2 kateqoriyalı beynəlxalq “Turkish Open” turnirinin startı veriləcək. Yarışda Azərbaycan millisinin üzvləri, habelə, ölkənin bir sıra klubları bu təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi