Azərbaycan taekvondoçuları İranda 2 medal qazanıblar

Azərbaycan taekvondoçuları İranda 2 medal qazanıblar Onların hər birinə 100 dollar mükafat verilib
Fərdi
19 Aprel , 2017 11:11
Azərbaycan taekvondoçuları İranda 2 medal qazanıblar

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan yığmasının iki taekvondoçusu İranda təşkil edilən “Fajr Open” turnirində medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, sayca 28-ci olan turnirdə Əliyev İlham (54 kq) və Hüseynov Rəvan (58 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, təşkilatçılar yarışın qaliblərinə 500 dollar, finalçılara 300 dollar, fəxri kürsünün 3-cü pilləsinə yüksələn taekvondoçulara isə 100 dollar məbləğində mükafat veriblər. 

Son xəbərlər

Orphus sistemi