Yuxarı

Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb

Fizam Mehtiyev və Ayxan Tağızadə fəxri kürsünün ilk pilləsinə yüksəlib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərindəki klublararası Avropa çempionatında daha 3 medal qazanıb. "Report"un Azərbaycan Taekovondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə 2 qızıl, 1 gümüş medal əldə olunub. 

"Gilan" klubunun üzvləri Fizam Mehtiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. "Azəri" klubunun nümayəndəsi, 54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, çempionatın ilk 2 gününda Azərbaycan idmançıları ümumilikə 6 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi