Azərbaycan sərbəst güləş yığmasının Türkiyədəki turnirə yollanacaq heyəti açıqlanıb

Azərbaycan sərbəst güləş yığmasının Türkiyədəki turnirə yollanacaq heyəti açıqlanıb Yaşar Doğunun xatirə turnirinə 14 pəhləvan qatılacaq
Fərdi
3 Fevral , 2016 11:52
Azərbaycan sərbəst güləş yığmasının Türkiyədəki turnirə yollanacaq heyəti açıqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın sərbəst güləş üzrə milli komandası fevralın 5-də Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirə turnirində çıxış edəcək. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək ənənəvi yarışa 14 pəhləvan qatılacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Cahid Həsənzadə (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Pərviz Axundov, Həmzət Osmanov (hamısı 86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çıxış edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev Azərbaycanı təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 5-də 57 və 70 kq, fevralın 6-da 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi