Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda finala yüksələ bilməyib

Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda finala yüksələ bilməyib 3-cü yer uğrunda görüşdə rəqib Türkiyə olacaq
Fərdi
17 Fevral , 2017 12:29
Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda finala yüksələ bilməyib

Bakı. 17 fevral. REPORT.AZ/ İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan milli komandası növbəti görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib ABŞ yığması olub.

Görüş 4:4 hesablı heç-heçə ilə nəticələnib. Lakin xalların keyfiyyətində ABŞ 20:14 hesablı üstünlük əldə etdiyi üçün görüşü qələbə ilə başa vuraraq, finala yüksəlib. Azərbaycan millisi isə 3-cü yer uğrunda qarşılaşmada Türkiyəyə rəqib olub.

Qeyd edək ki, A qrupundakı ilk iki görüşündə Firdovsi Umudovun baş məşqçi olduğu komanda Rusiyaya xal hesabı ilə, Gürcüstana isə 5:3 hesabı ilə qalib gəlib. ABŞ isə Gürcüstanı 7:1, Rusiyanı 6:2 hesabı ilə yenib.

AZƏRBAYCAN - ABŞ - 4:4

57 kq. Georgi Edişeraşvili - Antoni Ramos - 3:2

61 kq. Əli Rəhimzadə - Logan Stieber - 11:12

65 kq. Hacı Əliyev - Frank Molinaro - 4:1

70 kq. David Suynuçxanov - James Green - 0:10

74 kq. Murad Süleymanov - Jorcan Burroughs - Süleymanov xəbərdarlıq alaraq, uduzub.

86 kq. Şərif Şərifov - David Taylor - 2:12

97 kq. Aslanbek Alborov - Kyle Snyder - 5:4

125 kq. Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski - 3:1

Son xəbərlər

Orphus sistemi