Yuxarı

Azərbaycan samboçuları Dünya Kubokunda 2 qızıl medal qazanıblar

Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub

Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib.

"Report"un məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub.

Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi