Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb O, ölkə tarixində ilk dəfə reytinq xalını 2800-ə çatdırıb
Fərdi
31 May , 2017 17:00
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb

Bakı. 31 may. REPORT.AZ/ FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5-ci pilləyə yüksəlib.

O, ölkə tarixində ilk dəfə 2800 reytinq xalı əldə edib. Hazırda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen (2832), ABŞ təmsilçisi Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808) və daha bir amerikalı Fabiano Karuanadan (2805) geri qalır. Əvəzində 32 yaşlı şahmatçı ermənistanlı Levon Aronyan (2793) və hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand (2786) kimi tanınmış şahmatçıları qabaqlayır.

Azərbaycanın digər təmsilçilərindən Teymur Rəcəbov 2724 xalla 28-ci, Arkadi Naydiç 2710 xalla 37-ci, Rauf Məmmədov 2689 xalla 58-ci, Eltac Səfərli isə 2656 xalla 97-cidir.  

Son xəbərlər

Orphus sistemi