Azərbaycan şahmatçısı Baden-Badendə Vişvanatan Anandla qarşılaşacaq

Azərbaycan şahmatçısı Baden-Badendə Vişvanatan Anandla qarşılaşacaq "Grenke Chess Classic" şahmat turnirinin 8-ci turu keçiriləcək
Fərdi
8 Aprel , 2018 09:24
Azərbaycan şahmatçısı Baden-Badendə Vişvanatan Anandla qarşılaşacaq

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Almaniyanın Baden-Baden şəhərində "Grenke Chess Classic" şahmat turnirinin 8-ci turu keçiriləcək.

“Report” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Arkadi Naydiç bu tur hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşacaq.

Partiyalara Bakı vaxtı ilə 17:00-da start veriləcək.

"Grenke Chess Classic", Baden-Baden, 8-ci tur

Maqnus Karlsen (Norveç) – Nikita Vitüqov (Rusiya)

Fabiano Karuana (ABŞ) – Levon Aronyan (Ermənistan)

Mattias Blübaum (Almaniya) – Maksim Vaşye-Laqrav (Fransa)

Georq Mayer (Almaniya) – Hou İfan (Çin)

Arkadi Naydiç (Azərbaycan) – Vişvanatan Anand (Hindistan)

Turnir cədvəli: Karuana – 5, Vitüqov, Karlsen – 4,5, Vaşye-Laqrav, Aronyan –4, Blübaum – 3,5, Naydiç, Anand, İfan – 2,5, Mayer – 2.

Son xəbərlər

Orphus sistemi