Azərbaycan şahmatçısı Avropa çempionatında 5 turdan sonra liderlər sırasındadır

Azərbaycan şahmatçısı Avropa çempionatında 5 turdan sonra liderlər sırasındadır Günay Məmmədzadə 5-ci turda gürcü Kotenaşvili Belanı məğlub edib
Fərdi
13 Aprel , 2018 00:50
Azərbaycan şahmatçısı Avropa çempionatında 5 turdan sonra liderlər sırasındadır

Bakı. 13 aprel. REPORT.AZ/ Slovakiyada qadınlar arasında keçirilən Avropa çempionatında 5-ci turun oyunları baş tutub.

“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Günay Məmmədzadə 5 turdan sonra 4 xalla liderlər siyahısındadır.

O, 5-ci turda Gürcüstan milli yığmasının üzvü Kotenaşvili Belanı məğlub edib.

Turnir cədvəlinə hərəyə 4,5 xal toplayan Valentina Qunina (Rusiya) və sabiq dünya çempionu Anna Uşenina (Ukrayna) başçılıq edir. Onların ardınca 4 xalla Günay Məmmədzadə (Azərbaycan), Mariya Muzıçuk (Ukrayna), Aleksandra Qoryaçkina və Yevgeniya Ovod (Rusiya), Elina Danielyan (Ermənistan), Nana Dzaqnidze (Gürcüstan), Anastasiya Zezülkina (Belarus) və Filiz Osmanodya (Almaniya) qərarlaşıb.

Yarışlarda ümumilikdə 144 qadın şahmatçı iştirak edir. Onlardan 14 ən yaxşısı dünya çempionatında iştirak etmək hüququ qazanacaq. Xallar bərabər olduqda əlavə göstəricilərə üstünlük veriləcək.

Yarış aprelin 19-da başa çatacaq. Mükafat fondu 70 min avrodur.

Son xəbərlər

Orphus sistemi