Azərbaycan şahmatçılarının qatılacağı dünya çempionatı təxirə salındı

Azərbaycan şahmatçılarının qatılacağı dünya çempionatı təxirə salındı Bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Fərdi
22 May , 2020 20:06
Azərbaycan şahmatçılarının qatılacağı dünya çempionatı təxirə salındı

Bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər yayıb.

Turnir Rumıniya Şahmat Federasiyasının istəyindən sonra FIDE-nin İdarə Heyətinin qərarı ilə başqa vaxta keçirilib. 

Dünya çempionatının yeni tarixi yarışın startına 4 ay qalmış açıqlanacaq.

Qeyd edək ki, dünya çempionatında azərbaycanlı şahmatçıların da iştirakı gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi