Dünya çempionatı: Azərbaycan şahmatçıları bu gün Rusiya ilə qarşılaşacaq

Dünya çempionatı: Azərbaycan şahmatçıları bu gün Rusiya ilə qarşılaşacaq Bakı. 11 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün Azərbaycan millisi VI tur matçına çıxacaq.
Fərdi
11 Mart , 2019 07:30
Dünya çempionatı: Azərbaycan şahmatçıları bu gün Rusiya ilə qarşılaşacaq

Bakı. 11 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün Azərbaycan millisi VI tur matçına çıxacaq.

"Report"un məlumatına görə, rəqib Rusiya yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Rusiyanı isə Sergey Karyakin, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin və Vladislav Artemyov təmsil edir.

Bu gün İran - İngiltərə, Hindistan - Qazaxıstan, İsveç - ABŞ və Misir - Çin görüşləri də keçiriləcək.

Qeyd edək ki, 5 turdan sonra Rusiya 9 xalla liderdir. Hindistan və İngiltərə hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür. 6 xala malik ABŞ 4-cü pillədə qərarlaşıb. Hərəyə 5 xalı olan Çin və İran 5-6-cı, 4 xal toplayan Qazaxıstan və İsveç 7-8-ci mövqelərdədir. Azərbaycan 3 xalla 9-cudursa, xalı olmayan Misir sonuncudur.

Son xəbərlər

Orphus sistemi