Azərbaycan Rio-de-Janeyroda 19 paralimpiyaçı ilə təmsil olunacaq

Azərbaycan Rio-de-Janeyroda 19 paralimpiyaçı ilə təmsil olunacaq İdmançılar 5 növdə mübarizə aparacaqlar
Fərdi
2 İyun , 2016 13:34
Azərbaycan Rio-de-Janeyroda 19 paralimpiyaçı ilə təmsil olunacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 19 idmançı ilə təmsil olunacaq. "Report"un məlumatına görə, onlardan 14-ü kişi, 5-i isə qadın idmançıdır.

Atletika yarışlarında Kamil Əliyev, Elçin Muradov, İradə Əliyeva, Yelena Çebanu, Rüfət Rəfiyev, Elmir Cəbrayılov, cüdoda İlham Zəkiyev, Ramil Qasımov, Bayram Mustafayev, Ramin İbrahimov, Rövşən Səfərov, Kənan Abdullaxanlı, Səbinə Abdullayeva, üzgüçülükdə Dzmitri Saley, Roman Saley, poverliftinqdə Elşən Hüseynov, Rəzm Azər Əhməd Mahboub, atıcılıqda isə Yelena Taranova çıxış edəcək.

Azərbaycan idmançıları ümumilikdə 5 idman növündə mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi