Bakı. 2 fevral. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunacaq konsert proqramına yenə dünyaca məşhur müğənnilər dəvət edilib.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, həmin müğənnilərə ayrılacaq vəsait müxtəlif olacaq: "Bu, dəvət olunacaq ulduza baxır. Qiymətlər müxtəlifdir. Eləsi var 3 minə gəlir, eləsi də var 300 minə. Ona görə də dəqiq rəqəm söyləmək mümkün deyil".
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23 - 25-də keçiriləcək.