Azərbaycan Qran Prisinə biletlərin yeni satış kampaniyasına start verilib

Azərbaycan Qran Prisinə biletlərin yeni satış kampaniyasına start verilib "Bu il 3 günlük biletləri 4 günlük biletlər adlandırmışıq"
Fərdi
14 Fevral , 2017 12:45
Azərbaycan Qran Prisinə biletlərin yeni satış kampaniyasına start verilib

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisinin biletlərinin yeni satış kampaniyasına start verilib. 

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib.

O deyib ki, kampaniya çərçivəsində 1 bilet alana 2-cisi yarı qiymətinə təklif olunur. Kampaniya bütün bilet kateqoriyaları üçün keçərlidir və 2 həftə davam edəcək. 

B.Özərdimin ümumilikdə endirimli satış kampaniyasının iki aydır davam etdiyini söyləyib. Türkiyəli funksioner biletlərin satışında bu il ikiqat artımın müşahidə olunduğunu açıqlayıb. O qeyd edib ki, ötən il 22 həftəyə satılan biletlər bu il 10 həftədə müştəri tapıb: “Bu günə qədər 40 ölkədən biletlər alınıb. Onların 60 faizi xaricdən, 40 faizi Azərbaycandandır. Xaricdən ən çox bilet alan ölkələr Rusiya, İngiltərə, Ukrayna, Almaniya, Hollandiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və BƏƏ-dir. Hələ ki, bu ölkələr xaricə satılan biletlərin 80 faizini alıblar”. 

Kommersiya şöbəsinin rəhbəri, həmçinin bildirib ki, bu il də Formula 1 yarışları zamanı 3 gün ərzində böyük konsertlərin təşkili planlaşdırılır: “Danışıqlar başa çatmaq üzrədir. Konsertlərlə yanaşı, fərqli əyləncələr də olacaq. Bu il 3 günlük biletləri 4 günlük biletlər adlandırmışıq. Burada məqsəd azarkeşlərin iyunun 22-də, yəni həftənin cümə axşamı günü başlanacaq tədbirlərə qatılmasını təmin etməkdir. Tədbirlər ayın 22-də axşamüstü "pitlayn"da başlanacaq. Burada qarajlarla tanışlıq, pilotlardan imzaların alınması nəzərdə tutulub. Cümə günü isə yarışlara start veriləcək”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda olacaq. 

Son xəbərlər

Orphus sistemi