Prezident: “Azərbaycan İslamiadaya idmançıları qəbul etməyə hazırdır” - YENİLƏNİB

Prezident: “Azərbaycan İslamiadaya idmançıları qəbul etməyə hazırdır” - YENİLƏNİB Azərbaycan Prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib
Fərdi
5 Aprel , 2017 12:02
Prezident: “Azərbaycan İslamiadaya idmançıları qəbul etməyə hazırdır” - YENİLƏNİB
president.az

*** saat 10:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.

Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səuda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd edib və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyib və qeyd edib ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.

Son xəbərlər

Orphus sistemi