Azərbaycan Premyer Liqa turnirində 14 karateçi ilə təmsil olunacaq

Azərbaycan Premyer Liqa turnirində 14 karateçi ilə təmsil olunacaq Apelin 19-da Mərakeşin paytaxtı Rabatda start götürəcək “Karate 1” Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Fərdi
15 Aprel , 2019 12:06
Azərbaycan Premyer Liqa turnirində 14 karateçi ilə təmsil olunacaq

Apelin 19-da Mərakeşin paytaxtı Rabatda start götürəcək “Karate 1” Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

“Report”un məlumatına görə, 3 gün davam edəcək yarışda ölkəni 14 idmançı təmsil edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komandanın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov ( hamısı 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretskanın (68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirinin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi