Yuxarı

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil etdi - VİDEO

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil etdi - VİDEO

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə peşəkar boks sahəsində beynəlxalq səviyyəli təlimlər təşkil edib.

Federasiyadan "Report"a verilən məlumata görə, proqram çərçivəsində ilk təlim Bulvar Oteldə, peşəkar boks referi və hakimləri üçün keçirilib. İki gün davam etmiş təlimi 2000-dən çox peşəkar döyüşlərdə, həmçinin 300 titul görüşlərində hakimlik etmiş təcrübəli İtaliyalı referi Quido Kavalyeri aparıb. Sonda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar. 

İkinci təlim isə 12 fevralda katmanlar üçün ispaniyalı təcrübəli katman Rodriguez “Tinin” Dominguez Agustin tərəfindən keçirilib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib. Federasiya prezidenti Artyom Həsənov deyib: “Azərbaycan Peşəkar Boks Federasiyası ötən il yenidən təşkil olunaraq aktiv fəaliyyətə başlayıb. Federasiyanın məqsədi ölkədə peşəkar boksu inkişaf etdirməkdir və bunun üçün boksçular, promouterlər və menecerlər ilə iş aparırıq. WBC ilə ötən il əməkdaşlığa başlamış və bu beynəlxalq səviyyəli təlimləri təşkil etmişik. Bunların hamısı Azərbaycanda peşəkar boks döyüşləri keçirməyə imkan verəcək. Arzumuz odur ki, öz peşəkar boksçularımız ən yüksək beynəlxalq arenalarda bayrağımızı ucaltsınlar”.

Təlimlər Azərbaycanda peşəkar boks sahəsində referilərin, hakimlərin və katmanların peşəkarlığının artırılmasına xidmət edib. Bunun nəticəsində federasiyanın nəzdində beynəlxalq tələblərə cavab verən Peşəkar Boks Komissiyası yaradılıb. Döyüşlərin qaydalara uyğun keçirilməsini idarə edəcək Komissiyanın yaradılması Azərbaycanda peşəkar boks döyüşlərini təşkil etməyə imkan verəcək.

Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə peşəkar boksun inkişafı üçün müxtəlif işləri davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi