Yuxarı

Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb.

49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.

75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi