Azərbaycan karateçisi İtaliyada gümüş medal qazanıb

Azərbaycan karateçisi İtaliyada gümüş medal qazanıb 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin üzvləri İtaliyanın Venesiya şəhərində keçirilən Gənclərin Karate1 Premyer Liqa turnirində iştirak edirlər.
Fərdi
13 Dekabr , 2019 18:27
Azərbaycan karateçisi İtaliyada gümüş medal qazanıb

14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin üzvləri İtaliyanın Venesiya şəhərində keçirilən Gənclərin Karate1 Premyer Liqa turnirində iştirak edirlər.

"Report"un məlumatına görə, yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) gümüş medal qazanıb.

Ayla Rzazadə (59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) medal qazana bilməyib.

Bu yaş kateqoriyasında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli, Əminağa Quliyev (hər ikisi 61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə, Fərid Ağayev (hər ikisi 76 kq) həmçinin 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (52 kq), Nicat Kərimli və Fərid Savadov (57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) də mükafatlar uğrunda mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi