Azərbaycan karateçisi Bolqarıstanda gümüş medal qazanıb

Azərbaycan karateçisi Bolqarıstanda gümüş medal qazanıb Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın gənc karateçilərdən ibarət milli komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ilk liqa turnirini bir medalla başa vurub.
Fərdi
28 May , 2018 14:21
Azərbaycan karateçisi Bolqarıstanda gümüş medal qazanıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın gənc karateçilərdən ibarət milli komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ilk liqa turnirini bir medalla başa vurub. 

Milli Karate Federasiyasından "Report"a verilən məlumata görə, yığma üzvlərindən Polina Qurenko (59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub. Finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə də qələbəyə yaxın olub. Lakin qarşılaşmanın sonlarında Qurenko zədələnərək döyüşü dayandırmalı olub. O, gümüş medalla yanaşı, oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə yeniyetmələr arasında keçiriləcək III Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub. 

Yarışa yollanan digər 9 idmançı isə mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda - 72 ölkədən 1878 karateçi mübarizə aparıb. Azərbaycan yığması turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirakedib. 

Yeniyetrmələr olimpiadasına lisenziya xarakterli növbəti turnir iyunun sonlarında Xorvatiyada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi