Azərbaycan karateçiləri "Basel Open Masters" turnirində iştirak edəcək

Azərbaycan karateçiləri "Basel Open Masters" turnirində iştirak edəcək Yarışda Azərbaycan yığmasının 11 üzvü mübarizə aparacaq
Fərdi
15 Sentyabr , 2017 13:49
Azərbaycan karateçiləri Basel Open Masters turnirində iştirak edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ İsveçrənin Bazel şəhərində "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, 8-ci dəfə təşkil olunacaq yarışda yığmanın 11 üzvü mübarizə aparacaq.

Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi 75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevadır (+68 kq).

Qeyd edək ki, turnir 16-17 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi