Azərbaycan idmançısı "Poland Open" turnirində qızıl medal qazanıb

Azərbaycan idmançısı "Poland Open" turnirində qızıl medal qazanıb Bakı. 9 sentyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada Qran Pri seriyasından olan “Poland Open” turniri başa çatıb.
Fərdi
9 Sentyabr , 2018 02:15
Azərbaycan idmançısı Poland Open turnirində qızıl medal qazanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada Qran Pri seriyasından olan “Poland Open” turniri başa çatıb.

"Report" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

O, həlledici görüşdə ötən il Avropa çempionatının finalında 10:0 hesabı ilə məğlub etdiyi ukraynalı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

Son xəbərlər

Orphus sistemi