Yuxarı

Azərbaycan idmançısı “Concorde 57” ləqəbli atla beynəlxalq turnirin qalibi olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən CSI1*-W kateqoriyalı beynəlxalq turnir başa çatıb. 

"Report" xəbər verir ki, turnirin final mərhələsində maneələrin hündürlüyü 140-160 sm olan yarışda Azərbaycanı təmsil edən Seyid Musayev “Concorde 57” ləqəbli atla birinci yerin və kubokun sahibi olub. 

İdmançı Yahor Morotski isə “Astrello” ləqəbli atla ikinci yeri tutub. Gürcüstan təmsilçisi Shalva isə üçüncü yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi