Yuxarı

Azərbaycan idmançıları İslamiadada qızıl medal sayını 10-a çatdırıblar

Azərbaycan idmançıları İslamiadada qızıl medal sayını 10-a çatdırıblar

830

Yarışların ilk günü 22 medal qazanılıb
© Report.az

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 çəki dərəcəsində paracüdoçuların mübarizəsinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri günü 2 qızıl, 2 gümüş medalla başa vurublar.

Hər iki çəkidə finalda eyni ölkənin cüdoçuları üz-üzə gəlib. 57 kq çəkidə final görüşündə Afaq Sultanova Sevda Vəliyevanı, 70 kq çəkidə isə Ramilə Kaştayeva Turanə Ağayevanı üstələyib.

Beləliklə, Azərbaycanın bu gün əldə etdiyi qızıl medalların sayı 10-a, gümüş medalları 9-a çatıb. 3 bürünc medalın da əldə olunduğunu nəzərə alsaq, bu gün 22 medal qazanılıb. Bu nəticə ilə Azərbaycan medal əyarında birinci yerdə gedir. Say baxımından isə Türkiyə 27 medalla (10 qızıl, 7 gümüş, 10 bürünc) liderdir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi