Yuxarı

Azərbaycan İslam Həmrəyliyi Oyunları zamanı ictimai nəqliyyat müəyyən şəxslər üçün pulsuz olacaq

Bu qayda Oyunların Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərə şamil ediləcək
© Bna.az

Bakı. 1 may. REPORT.AZ/  Bakıda keçiriləcək Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) 1-30 may tarixlərində paytaxtın şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. 

Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda qeyd edilib. 

"Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə daşıyıcılarla ayrıca görüşlər keçirilib. BNA akkreditasiya kartı alan şəxslərə sərnişin avtobuslarına minərkən kartlarını açıq şəkildə üzərlərindən asmağı tövsiyə edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzi (NƏM) təşkil edilib. IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq", - deyə BNA-nın məlumatında əlavə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi