Yuxarı

Azərbaycan hərbçisi ölkə çempionu olub

Çempionatda 23 klubun 100-dən çox idmançısı mübarizə aparıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin təmsilçisi, baş gizir Səbuhi Həsənov MMA (Qarışıq Döyüş Növləri) üzrə Azərbaycan çempionu olub. "Report"un məlumatına görə, hərbçi bu nailiyyəti Sumqayıt Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə keçirilmiş yarışda əldə edib.

84 kq çəki dərəcəsində yer alan Həsənov bütün rəqiblərini məğlubiyyətə uğradaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, çempionatda 23 klubun 100-dən çox idmançısı mübarizə aparıb. Ümumilikdə 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi