Yuxarı

Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib. 

O, rəqibini 10:0 hesabı ilə üstələyib. Stadnik bu nəticədən sonra 7-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.
 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi