Yuxarı

Azərbaycan güləşçisi İtaliyadakı yarışda gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan güləşçisi İtaliyadakı yarışda finala yüksəlib

Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda İsveç təmsilçisi Henna Yohansona uduzub.

O, həlledici qarşılaşmada rəqibinə 4:6 hesabı ilə məğlub olub.


*** 15:49

Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında finala yüksəlib.

"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İsveç idmançısı Malin Yohanna Matsonu 7:4 hesabı ilə üstələyib. O, finalda Mallari Velte (ABŞ) - Henna Yohanson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Bu çəkidə mübarizə aparan Elis Manolova və Tatyana Omelçenko 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar. 57 kq çəki dərəcəsindəki Alyona Kolesnik də 1/8 finalda uduzaraq medalsız qalıb. 

Qeyd edək ki, final görüşləri bu gün axşam saatlarında təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi