​Azərbaycan güləşçisi I Dünya Təsnifat Turnirində məğlub olub

​Azərbaycan güləşçisi I Dünya Təsnifat Turnirində məğlub olub Gözəl Zutova ABŞ idmançısına uduzub
Fərdi
23 Aprel , 2016 08:55
​Azərbaycan güləşçisi I Dünya Təsnifat Turnirində məğlub olub

Bakı. 23 aprel. REPORT.AZ/ Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya Təsnifat Turniri davam edir.

"Report"un məlumatına görə, turnirin ikinci günündə Azərbaycanın qadın güləşçisi Gözəl Zutova döşək üzərinə çıxıb.

69 kq çəkidə gedən mübarizənin 1/8 finalında rumıniyalı Adina Elena Popeskunu məğlub edən (6:0) G.Zutkova 1/4 finalda ABŞ idmançısı Tamira Mariama Menşlə üz-üzə gəlib. Azərbaycanlı qadın pəhləvan bu görüşdən məğlub ayrılıb - 7:10.

Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Rio-2016-ya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiyaya vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları bu günədək olimpiadaya 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Son xəbərlər

Orphus sistemi